EN

Maşının təkərinin partlaması qəzaya səbəb oldu: Ölən və yaralılar var

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
4
oxu.az

5Sources