EN

Xətai rayonunda obyektdə yanğın söndürüldüYENİLƏNİB

Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

18:07

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
87
7
xezerxeber.az

10Sources