EN

“Ötən ay bu mənasız müharibədə 20 min rus əsgəri ölüb” –TRAMP

Bu ilin əvvəlindən Rusiya 112,5 min, Ukrayna isə 8,000 əsgərini itirib.

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti  Tramp özünün sosial şəbəkə səhifəsində yazıb.

“Mənə indicə məlumat verildi ki, bu ay Ukrayna ilə bu mənasız müharibədə 20 minə yaxın rus əsgəri həlak olub. İlin əvvəlindən Rusiya 112 min 500 əsgər itirib. Bu, çoxlu lazımsız ölümlərdir!”-deyə Tramp qeyd edib.

Tramp yazıb ki, Ukrayna da təxminən yanvar ayından bu yana böyük itkilər verib, 8,000 əsgər itirib. Bura itkin düşənlər də daxil deyil: “Mülki əhali arasında itki daha az saydadır. Rusiya raketləri Kiyevə və Ukraynanın digər yaşayış məntəqələrinə düşür. Bu, Trampın yox, Baydenin müharibəsidir. Mən baxıram, görüm bu müharibəni dayandıra biləcəyəm?! Ona görə burdayam” – ABŞ prezidenti bildirib.

 

 

AzPost.az

Chosen
10
13
azpost.info

10Sources