Bu ilin əvvəlindən Rusiya Ukrayna ilə müharibədə 112 mindən çox əsgər itirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Mənə indicə məlumat verildi ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri ölüb. İlin əvvəlindən Rusiya 112,5 min əsgərini itirib. Bu, həddindən artıq lazımsız ölümdür! Ukrayna da çox itki verib. 2025-ci il yanvarın 1-dən indiyədək onlar 8 minə yaxın əsgər itiriblər”, - Ağ Ev rəhbəri bildirib.
Amerika lideri bunu "heç vaxt baş verməməli olan bir müharibə" adlandırıb.