EN

“Turan Tovuz” Türkiyədə daha iki yoxlama oyunu KEÇİRƏCƏK

"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, baş məşqçi Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə bundan əvvəl keçirdiyi hazırlıq matçlarında "Çorum" (1:1) və "Ankara Keçiörengücü" ilə (0:0) heç-heçə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
16
1
bizim.media

10Sources