“Turan Tovuz” Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Publika.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək.