EN

Sloveniya İsraillə silah ticarətini tam qadağan etdi

BAKI, 1 avqust. TELEQRAF

Sloveniya Avropa İttifaqı (Aİ) ölkələri arasında ilk olaraq İsraillə silah idxalı, ixracı və tranzitini tam şəkildə qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Sloveniya hökuməti qərarını Qəzza sakinlərinin humanitar yardıma çıxış imkanlarının olmaması və Aİ ölkələrinin bu münaqişəyə dair ortaq mövqeyə sahib olmaması ilə əsaslandırıb.

Qeyd edilir ki, 2023-cü ilin oktyabrından bölgədə müharibə başladıqdan sonra Sloveniya İsrailə silah tədarükünə icazə verməyib.

Xatırladaq ki, 2024-cü ilin iyununda Sloveniya parlamenti Fələstini müstəqil dövlət kimi tanıyıb.

İsrail rəsmiləri isə bu qərarın mediaya hesablandığını və faktiki olaraq əhəmiyyət daşımadığını bildiriblər.

Onların sözlərinə görə, İsrail və Sloveniya arasında onsuz da ciddi silah ticarəti mövcud deyil.

Chosen
25
2
teleqraf.com

3Sources