EN

İtlər Parkinson xəstəliyinin "qoxusunu" aşkarlaya bilir

Parkinson xəstəliyinin erkən diaqnozu dünya üzrə böyük tibbi çətinlik təşkil edir. Lakin yeni aparılan tədqiqat göstərir ki, bu xəstəliyin xüsusi qoxusunu xüsusi təlim almış köpəklər aşkar edə bilər.

HİT.az xəbər verir ki, Bumper (qızılı retriver) və Peanut (qara labrador) adlı itlər Parkinsonun özünəməxsus qoxusu olduğunu və bu qoxunun xəstəlik əlamətləri başlamazdan çox əvvəl müəyyən edilə biləcəyini sübut edib. 

Tədqiqata görə, Parkinson xəstələrinin dərisindən ifraz olunan yağlı maddə (sebum) xəstəliyin qoxu izlərini daşıyır. Bumper və Peanut bu izləri qoxu qabiliyyətləri ilə ayırd etmək üçün təlim alıb. İtlərim təlimi təxminən bir il çəkib və bu müddətdə 205 fərqli sebum nümunəsi ilə işləyiblər. Təlimin sonunda hər iki köpək Parkinson xəstələrindən və sağlam insanlardan götürülmüş nümunələri dəqiq ayıra bilib.

Sınaq nəticələrinə görə, Peanut Parkinsonlu 40 nümunənin 80%-ni düzgün müəyyən edib. Bumper isə nümunələrin 70%-də düzgün diaqnoz qoydu və sağlam nümunələrin 90%-nda xəstəliyin olmadığını dəqiq müəyyən edib. Tədqiqatçılar vurğulayır ki, bu göstəricilər təsadüfi təxminlərdən (məsələn, məsanə xərçəngində 41%) xeyli yüksəkdir.

Tədqiqatın baş müəllifi Kler Qest bildirir: "Parkinson üçün hələ erkən diaqnoz testi yoxdur. Əlamətlər xəstəlik özünü göstərməzdən 20 il əvvəl başlaya bilər. Vaxtında diaqnoz müalicəyə tez başlamağa, xəstəliyin irəliləməsini yavaşlatmağa və əlamətlərin ağırlığını azaltmağa kömək edər". 

O, həmçinin qeyd edir: "Köpəklər xəstəlikləri yüksək dəqiqliklə aşkar edə bilir və bu bir daha sübut olundu".

Lakin bu uğur hər köpək üçün keçərli deyil. İlkin olaraq təlimə alınan 10 köpəkdən yalnız 5-i potensial göstərib. Bu beş köpəkdən üçü təlimi tamamlaya bilməyib. Yalnız Bumper və Peanut final testlərində iştirak etdi. Bu, hər köpəyin eyni bacarığa malik olmadığını sübut edir.

Tədqiqatçılar köpəklərin birbaşa diaqnoz aləti kimi istifadə olunacağını gözləməsələr də, kliniki şəraitdə skrininq və təsdiqləmə proseslərində köməkçi ola biləcəyini vurğulayırlar. Xüsusilə çətin diaqnozlaşdırılan hallarda bu cür testlər böyük fayda gətirə bilər.

Bu nəticələr Parkinson kimi mürəkkəb xəstəliklərin erkən diaqnozunda yeni dövrün başlanğıcı ola bilər. Tədqiqat "Journal of Parkinson’s Disease" jurnalında dərc olunub.

Samir
 

Chosen
20
hit.az

1Sources