EN

Heç bir ölkəyə ehtiyacımız yoxdur Fələstin səfiri

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fələstinin Cənubi Kiprdəki səfiri Abdallah Attarinin “Nə Türkiyəyə, nə də başqa bir dövlətə ehtiyacımız yoxdur” sözləri Ankaranın illərdir davam edən Fələstin siyasəti və dəstəyi fonunda diqqət çəkib. Bəyanat Rum mətbuatında manşetə çıxıb və Türkiyənin buna reaksiyası maraqla gözlənilir.

News24.az xəbər verir ki, halbuki Türkiyə uzun müddətdir Fələstin məsələsində siyasi, diplomatik və humanitar sahələrdə ardıcıl dəstək göstərir. Səfirin bu çıxışı, eyni zamanda, Fələstin diplomatiyasının Kipr məsələsində ənənəvi siyasətinə bağlılığını da təsdiqləyir.

Digər tərəfdən, BMT Baş Assambleyasının 81-ci sessiyasına sədr seçkisi öncəsi Fələstin və Cənubi Kiprin rəqabətə girməsi də münasibətləri gərginləşdirib. Sədrliyə namizədlik məsələsində Fələstinə Türkiyənin, Kiprə isə İsrailin dəstək verəcəyi gözlənilir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
news24.az

2Sources