EN

Azərbaycan millisi DÇ-də 13-cü oldu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş dünya çempionatında 13-cü yeri tutub.

Fanat.Az xəbər verir ki, Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət kollektiv ilk dueldə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Yığma ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komanda Honkonq (45:39) və Ukrayna (45:44) kollektivlərinə qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq "64-lüy"ə kimi yüksəlsələr də, ən güclü "32-lik" uğrunda görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrupda dayandırıb.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komanda isə fransalı rəqiblərinə 19:45 hesabı ilə uduzub.

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, "64-lüy"ə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.

Chosen
15
13
fanat.az

10Sources