AZ

Millimiz dünya çempionatında 13-cü olub

Qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında iştirak edib.

Apasport.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millimiz yarışda 13-cü olub.

Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət kollektiv ilk görüşdə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib. Komandamız ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komandamız Honkonq (45:39) və Ukrayna (45:44) seçmə kollektivlərinə qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq 64-lüyə kimi yüksəlsələr də, ən güclü 32-liyə keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhəsində dayandırıb.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.

Fiziev 10-cu pillədə: UFC-nin reytinq cədvəli yeniləndi

Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb

İdmançılarımız MMA üzrə dünya çempionatında 8 medal qazanıblar

Uaytdan narazılığa münasibət

UFC prezidenti: "Hər kəs buradakı turnirin bir parçası olmaq istəyirdi"

Seçilən
47
13
apasport.az

10Mənbələr