
Pentaqon (ABŞ Müdafiə Nazirliyi-red.) 2028-ci ildə yeni “Qızıl Qübbə” raketdən müdafiə sisteminin ilk sınağını keçirməyi planlaşdırır.
Reyting.az-ın məlumatına görə, CNN-nin mənbələri bildiriblər ki, “Qızıl Qübbə” sınağı ABŞ-da 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər aparılmalıdır.
Mənbələrdən biri jurnalistlərə deyib ki, dünyanın başqa yerlərindən buraxılsa belə, “Qızıl Qübbə” raketləri ələ keçirə biləcək. O qeyd edib ki, sınaq FTI-X (Flight Test Integrated) kod adı altında aparılacaq.
Başqa bir mənbə aydınlaşdırıb ki, 2028-ci ilin dördüncü rübündə keçiriləcək sınaq proqramın yalnız birinci mərhələsi olacaq. O, layihənin sürətli inkişafa və mövcud sistemlərdən istifadəyə yönəldiyini vurğulayıb.

E. KAMAL