ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Pentaqon (ABŞ Müdafiə Nazirliyi-red.) 2028-ci ildə yeni “Qızıl Qübbə” raketdən müdafiə sisteminin ilk sınağını keçirməyi planlaşdırır.Reyting.az-ın məlumatına görə, CNN-nin mənbələri bildiriblər ki, “Qızıl Qübbə” sınağı ABŞ-da 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər aparılmalıdır. Mənbələrdən biri jurnalistlərə deyib ki, dünyanın başqa yerlərindən buraxılsa belə, “Qızıl Qübbə” raketləri ələ keçirə biləcək. O qeyd edib ki, sınaq FTI-X (Flight Test Integrated) kod adı altında aparılacaq.Başqa bir mənbə aydınlaşdırıb ki, 2028-ci ilin dördüncü rübündə keçiriləcək sınaq proqramın yalnız birinci mərhələsi olacaq. O, layihənin sürətli inkişafa və mövcud sistemlərdən istifadəyə yönəldiyini vurğulayıb.E. KAMAL Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.