sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Bolqarıstanda baş tutacaq "Levski" - "Sabah" oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə Levski klubunun mətbuat xidməti məlumat yayıb.
Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.
Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.
Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.