EN

Transseksualın evdə boğazı kəsilmiş meyiti tapıldı

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Antalyada transseksual Nida Nazlıer rəfiqəsi tərəfindən evində boğazı kəsilmiş halda ölü tapılıb. Nazlıerin 45 yaşlı otaq yoldaşı nəzarətə götürülüb və bağçada aparılan axtarış zamanı gül dibçəyin torpağına basdırılmış bıçaq tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Antalyanın Muratpaşa rayonunda iş yerindən ayrıldıqdan sonra H.İ. transseksual Nida Nazlıer ilə yaşadığı Cebesoy küçəsindəki evinə gəlib.

Evə daxil olan H.İ. Nazileri boğazı kəsilmiş halda qanlar içində hamamda tapıb. H.İ. eyvana çıxıb qonşulardan qışqıraraq kömək istəyib. Qışqırıqları eşidən ətrafdakılar hadisə barədə 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Hadisə yerinə gələn polis, boğazından və üzündən bir bıçaq zərbəsi alaraq dünyasını dəyişən Nazlıerin ölümü ilə bağlı araşdırmalara başlayıb.

Polis evə və ətraf əraziyə baxış keçirən zaman bağdakı gül dibçəyində basdırılmış bıçaq aşkar edib. Nazlıeri ölü tapan H.İ. nəzarətə götürülüb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
lent.az

1Sources