"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Şkendiya" (Şimali Makedoniya) ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, oyunu “National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.
Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "North-West Block 26" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 5 avrodur. Azarkeşlər üçün "National Arena Todor Proeski" stadionunda 1000 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-i saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək.