UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şkendiya" (Şimali Makedoniya) - “Qarabağ” matçını "National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.
İdman.biz xəbər verir ki, azarkeşlərimiz əldə etdikləri vauçerləri oyun günü stadionun "North-West Block 26" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 5 avrodur.
Azarkeşlərimiz üçün 1000 yer ayırılıb. Vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənəd üzərinizdə olmalıdır. Kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-i saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək.
İdman.biz