EN

Uitkoff Qəzzaya getdi


ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedib.
Yeniavaz.com
xəbər verir ki, o, vəziyyəti şəxsən qiymətləndirmək üçün humanitar yardımın paylandığı məntəqlərdən birində olub.
Onun səfəri aclıqdan müharibə aləti kimi istifadə etməkdə günahlandırılan İsrailin kəskin tənqidləri fonunda baş verib.
Səfərdən dərhal sonra o, prezident Donald Trampa hesabat verəcək və yardım mexanizmində dəyişikliklərlə bağlı təkliflər təqdim edəcək.
Qeyd edək ki, Uitkoff iyulun 31-də İsrailə səfər edib. O səfər çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Chosen
24
1
yeniavaz.com

2Sources