Ankara, 1 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1 milyard 417 milyon 850 min dollara çatıb. Bu barədə AZƏRTAC Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadla xəbər verir.
TÜİK-in məlumatına görə, Türkiyə məhsullarının Azərbaycana tədarük həcmi türk dövlətləri arasında Qazaxıstandan sonra ikinci yerdədir (1,51 milyard dollar).
Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana 5,1 milyard dollara qədər mal və məhsul ixrac edib.
Türkiyənin Özbəkistana ixracı ilin birinci yarısında 931 milyon dolları, Qırğızıstana 639 milyon dolları, Türkmənistana 595 milyon dolları keçib.
2025-ci ilin yanvar-iyun aylarında türk dövlətlərindən Türkiyəyə idxalın həcmi isə 4 milyard 3 milyon dollar təşkil edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara