EN

Arif Babayevin həyat yoldaşı onun son günlərindən danışdı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Xalqımızın başı sağ olsun. Dövlətimizə diqqətinə görə təşəkkür edirəm”.

Globalinfo.az bildirir ki, bunu Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva deyib.

Gültəkin Babayeva həyat yoldaşının son günlərindən danışıb: “Hər yay Arif müəllimlə Qaxa gedirdik. Bu il də getmək istədi. Orada kiçik evimiz var. Qaxda qəflətən səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi. Oradan isə Mərkəzi Klinik Xəstəxanaya gətirildi. On gün reanimasiyada qaldı. Sanki bir uşaq yatmışdı. Az-az nəfəs alırdı, gözü yarıaçıq idi. Həkim deyirdi ki, hər şeyi eşidir.

Dünən nəvəm Ariflə xəstəxanaya ziyarətə getmişdik. Dedim, adını qoyduğun nəvənlə gəlmişik. Nəvəm də dedi, baba, biz səninlə fəxr edirik, əgər eşidirsənsə gözünlə işarə elə.

Haqqım Arif Babayevə halal olsun. Allaha şükür edirəm ki, ağrımadı, əziyyət çəkmədi”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
1
globalinfo.az

2Sources