AZ

Arif Babayevin həyat yoldaşı onun son günlərindən danışdı: Sanki uşaq yatmışdı

BAKI, 1 avqust. TELEQRAF

"Xalqımızın başı sağ olsun. Dövlətimizə diqqətinə görə təşəkkür edirəm".

Bunu Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva deyib.

Gültəkin Babayeva həyat yoldaşının son günlərindən danışıb: "Hər yay Arif müəllimlə Qaxa gedirdik. Bu il də getmək istədi. Orada kiçik evimiz var. Qaxda qəflətən səhhəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Oradan isə Mərkəzi Klinik Xəstəxanaya gətirildi. On gün reanimasiyada qaldı. Sanki bir uşaq yatmışdı. Az-az nəfəs alırdı və gözü yarı açıq idi. Həkim deyirdi ki, hər şeyi eşidir.

Dünən nəvəm Ariflə xəstəxanaya ziyarətə getmişdik. Dedim, adını qoyduğun nəvənlə gəlmişik. Nəvəm də dedi, baba, biz səninlə fəxr edirik, əgər eşidirsənsə gözünlə işarə elə.

Haqqım Arif Babayevə halal olsun. Allaha şükür edirəm ki, ağrımadı, əziyyət çəkmədi".

Seçilən
49
1
teleqraf.com

2Mənbələr