İngiltərə təmsilçisi "Çelsi" futbolçusu Mamadu Sarr karyerasını Fransada davam etdirəcək.
Fanat.Az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçu icarə əsasında "Strasburq"un formasını geyinəcək.
19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər Liqa 1 təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, Sarr İngiltərə nəhənginə 2 ay öncə məhz "Strasburq"dan transfer olunub. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub.
Nihat