Olaylar.az xəbər verir ki, muğam və xalq mahnıları ustası uzun sürən xəstəlikdən sonra 88 yaşında dünyasını dəyişib.
Görkəmli xanəndə I Fəxri Xiyabanda dəfn olunacaq.
Vida mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmin tanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.
1960-cı illərin əvvəllərindən o, Bakıda peşəkar yaradıcılıq fəaliyyətinə başlayıb - əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında muğam ifaçısı-solisti kimi fəaliyyət göstərib.
Muğam-operalarda onun yaratdığı Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Aşıq Qərib və Camal kimi parlaq obrazlar tamaşaçıların yaddaşında qalıb. Xanəndə ustalıqla "Şur", "Segah" muğam-dastgahlarını, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi-muğamlarını ifa edib.
O, uzun illər uğurlu şəkildə Azərbaycan musiqi mədəniyyətini ölkə xaricində təmsil edib, ölkənin əhəmiyyətli incəsənət tədbirlərində iştirak edib və bir sıra istedadlı ifaçıların yetişməsinə töhfə verib.