AZ

Bakıda görkəmli muğam ifaçısı Arif Babayevlə vida mərasimi keçirilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, "Şöhrət", "İstiqlal" və "Şərəf" dövlət ordenlərinin laureatır, xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, muğam və xalq mahnıları ustası uzun sürən xəstəlikdən sonra 88 yaşında dünyasını dəyişib.

Görkəmli xanəndə I Fəxri Xiyabanda dəfn olunacaq.

Vida mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmin tanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

1960-cı illərin əvvəllərindən o, Bakıda peşəkar yaradıcılıq fəaliyyətinə başlayıb - əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında muğam ifaçısı-solisti kimi fəaliyyət göstərib.

Muğam-operalarda onun yaratdığı Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Aşıq Qərib və Camal kimi parlaq obrazlar tamaşaçıların yaddaşında qalıb. Xanəndə ustalıqla "Şur", "Segah" muğam-dastgahlarını, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi-muğamlarını ifa edib.

O, uzun illər uğurlu şəkildə Azərbaycan musiqi mədəniyyətini ölkə xaricində təmsil edib, ölkənin əhəmiyyətli incəsənət tədbirlərində iştirak edib və bir sıra istedadlı ifaçıların yetişməsinə töhfə verib.

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Bakıda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
4
olaylar.az

5Mənbələr