EN

Kiyevə hücumda Azərbaycan Evinə ziyan dəydi - FOTOLAR

Rusiya ordusunun Kiyevə genişmiqyaslı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

 




 

Chosen
47
29
bakivaxti.az

10Sources