Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə dəyişiklik edib.
Yeni sərlövhədə “Stepanakert” sözü “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənib.
Daha sonra yenidən dəyişiklik edilib, “Dağlıq Qarabağ” ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.