Dövlət Radiotezliklər İdarəsi elan etdiyi tenderə yekun vurub.
Dövlət Agentliyi işçilərinə geyimlər alır - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, sosial mediada maarifləndirmə və tanıtım işlərinin həyata keçirilməsi məqsədilə inflüenser xidmətlərinin satınalınması üzrə tender keçirib.
Tenderin qalibi "Keepface" MMC olub. Şirkətlə 159 300 manat məbləğində müqavilə imzalanıb.
Satınalma şərtlərinə əsasən, 12 ay ərzində 5 inflüenser tərəfindən ümumilikdə 180 paylaşım edilməlidir. Bu paylaşımlar ən azı 3 müxtəlif sosial media platformasında, hər inflüenser üçün ayda 3 paylaşım olmaqla həyata keçiriləcək.
Qeyd edək ki, "Keepface" MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vaqif Abbasov Səid oğludur. Hüquqi ünvanı AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 1601 ünvanında yerləşir.