EN

“Apple” 3-cü rübdə gəlirini 10% artırıb

“American Apple Inc” 2025-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 9%, gəlirini 10% artırıb.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bu, şirkətin hesabatında yer alıb.

Hesabata görə, səhm başına qazanc, gəlir və “iPhone” satışları üçüncü rüb üçün rekord qırıb. Həmçinin xidmət gəlirləri indiyə qədər ən yüksək səviyyəyə çatıb.

Belə ki, 28 iyunda başa çatan rübdə xalis gəlir keçən ilin eyni dövründəki 21,45 milyard dollarla müqayisədə 23,43 milyard dollar olub. Səhm üzrə mənfəət 1,4 dollardan 1,57 dollara yüksəlib. Rüblük gəlir isə bir il əvvəlki 85,78 milyard dollardan 94,04 milyard dollar təşkil edib.

“Apple”ın iPhone satışından əldə etdiyi gəlir 13% artaraq 44,58 milyard dollara çatıb. Eyni zamanda Mac gəliri 15% artaraq 8,05 milyard dollara, xidmət gəlirləri (App Store, Apple Music, Apple Pay və iCloud) 13% artaraq 27,42 milyard dollara çatıb. iPad gəliri isə 8% azalaraq 6,58 milyard dollara düşüb.

“Apple”ın Çində satışları üçüncü maliyyə rübündə 4% artaraq 15,37 milyard dollar təşkil edib. Şimali və Cənubi Amerikada gəlirlər 9% artaraq 41,2 milyard dollara, Avropada 10% artaraq 24,01 milyard dollara, Yaponiyada 13% artaraq 5,78 milyard dollara çatıb.

Şirkət hər səhmə görə rüblük 0,26 dollar dividend ödəyəcək.

Asim

Chosen
46
icma.az

1Sources