EN

Turan Tovuz un doğma meydançasına qayıtmasının müddəti uzanacaq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Turan Tovuz" klubuna məxsus olan Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi gələn ilin əvvələrində başa çatacaq.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, komanda ən tezi 5-6 ay doğma rayondan kənarda qalacaq.

Süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və təbii qazonun salınmasına başlanılacaq.

Bir neçə gün öncə verilən rəsmi açıqlamada işlərin oktyabr ayının sonuna kimi tamamlanmasının nəzərdə tutulduğu bildirilsə də, yenilənmə prosesi daha uzun çəkəcək.

Belə ki, komanda doğma meydanına fevral ayına kimi dönə bilməyəcək.

Qeyd edək ki, komanda bu müddət ərzində məşqlərini Kürdəxanıda keçirəcək, rəsmi oyunlarına isə Suraxanıda yerləşən "Azərsun Arena"da çıxacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
2
oxu.az

3Sources