AZ

Turan Tovuz un doğma meydanına qayıtmasının müddəti uzanacaq

ain.az, Idman.biz saytına istinadən bildirir.

"Turan Tovuz" klubuna məxsus olan Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi gələn ilin əvvələrində başa çatacaq.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, komanda ən azı 5-6 ay doğma rayondan kənarda qalacaq.

Süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək. Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və təbii qazonun salınmasına başlanılacaq.

Bir neçə gün öncə verilən rəsmi açıqlamada işlərin oktyabr ayının sonuna kimi tamamlanmasının nəzərdə tutulduğu bildirilsə də, yenilənmə prosesi daha uzun çəkəcək. Komanda doğma meydanına fevral ayına kimi dönə bilməyəcək.

Qeyd edək ki, komanda bu müddət ərzində məşqlərini Kürdəxanıda keçirəcək, rəsmi oyunlarına isə Suraxanıda yerləşən "Azərsun Arena"da çıxacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
2
icma.az

3Mənbələr