EN

Məşhur qapıçının 6 yaşlı oğlu vəfat edib

Almaniyanın "Bavariya" futbol klubunun qapıçısı Sven Ulreyx oğlunu itirib.

Ucnoqta.az xəbər verir ki, qolkiper bu barədə İnstaqram hesabında yazıb.

Belə ki, uşaq uzun sürən xəstəlikdən sonra 6 yaşında dünyasını dəyişib.

"Böyük kədər hissi ilə sizə xəbər veririk ki, oğlumuz Len bir neçə həftə əvvəl uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Qızımızla birlikdə indi addım-addım həyata qayıtmağa çalışırıq" - Ulreyx yazıb.

Ulreyxin 36 yaşı var, o, 2021-ci ildən “Bavariya”da çıxış edir.

Chosen
97
2
ucnoqta.az

5Sources