AZ

Məşhur futbolçu oğlunun ölüm xəbərini verib

"Bavariya"nın qapıçısı Ulrayx altı yaşlı oğlunun xəstəlikdən sonra vəfat etdiyini bildirib

"Bavariya" futbol klubunun qapıçısı Sven Ulrayx altı yaşlı oğlunu itirib.

Qaziler.az bildirir ki, bu barədə özü İnstaqram səhifəsində məlumat verib. Onun sözlərinə görə, uşaq uzun sürən mübarizədən sonra ağır xəstəlikdən dünyasını dəyişib.

"Dərin kədər hissi ilə bildiririk ki, oğlumuz Len bir neçə həftə əvvəl uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Qızımızla birlikdə indi addım-addım həyata qayıtmağa çalışırıq", - Ulrayx yazıb.

36 yaşlı qolkiper Almaniya futbolunun ən titullu oyunçularından biridir. “Bavariya”dakı karyerası ərzində (fasilə ilə) 9 dəfə Almaniya çempionu olub, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Faciəli xəbər futbol ictimaiyyətini kədərləndirib. Klub və azarkeşlər bu çətin anda Ulreyx ailəsinə dəstək olduqlarını bildirirlər.

QAZİLER.AZ

Seçilən
52
2
qaziler.az

5Mənbələr