EN

Millimiz dünya çempionatında 13-cü olub - FOTO

Qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında iştirak edib.

İdman.biz xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millimiz yarışda 13-cü olub.

Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət kollektiv ilk görüşdə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib. Komandamız ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komandamız Honkonq (45:39) və Ukrayna (45:44) seçmə kollektivlərinə qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq 64-lüyə kimi yüksəlsələr də, ən güclü 32-liyə keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhəsində dayandırıb.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.

İdman.biz

Chosen
32
13
idman.biz

10Sources