EN

“Ukraynada vətən müharibəsi anlayışı formalaşdırılmalıdır” - Ramil Məmmədli

“Ukraynada vətən müharibəsi anlayışı formalaşdırılmalıdır”.

Hərbi ekspert Ramil Məmmədli News365.az-a bildirib ki, Ukraynada vəziyyətin uğurlu hərbi nəticə ilə başa çatması üçün yalnız səfərbərlik deyil, həm də fundamental şəkildə yeni yanaşma tələb olunur.

Ekspertin sözlərinə görə, hazırda Ukrayna əhalisinin böyük hissəsi ölkə xaricindədir və bu səbəbdən də səfərbərlik istənilən effekti vermir. Onun fikrincə, bu mərhələdə Ukraynaya daha peşəkar ordu birləşmələrinin və təcrübəli hərbçilərin cəlb edilməsi zəruridir.

“Bu məsələdə ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın dəstəyinə ciddi ehtiyac var. Silah və texnika təminatı kifayət etmir. Döyüş meydanında canlı qüvvə baxımından peşəkar döyüşçülərə ehtiyac duyulur”, – deyə Məmmədli vurğulayıb.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videolarda insanların küçələrdə məcburi şəkildə maşınlara mindirilib cəbhə xəttinə göndərilməsi müşahidə olunur. Bu kimi şəxslərin döyüş qabiliyyətinin olmadığına diqqət çəkən ekspert bildirib: “Belə insanların sağ qalmaq üçün döyüş meydanında effektiv fəaliyyət göstərməsi praktik olaraq mümkün deyil.”

Ramil Məmmədli hesab edir ki, Ukrayna bu müharibədə təkcə silah və texnika ilə deyil, eyni zamanda təcrübəli və peşəkar canlı qüvvə ilə də dəstəklənməlidir. Onun fikrincə, hazırda Ukrayna faktiki olaraq döyüş meydanında tək qalıb.

Chosen
12
news365.az

1Sources