sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, Bakıda keçirilmiş "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı ən çox fanatın olduğu dördüncü qarşılaşmadır. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü tribunadan 25573 tamaşaçı izləyib."Panatinaikos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) oyununda 36121, FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) duelində 32457, "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) matçında 31241 azarkeş olub. Qeyd edək ki, Bakıda "Şelburn"u bir cavabsız qolla üstələyən "Qarabağ" (ilk oyun 3:0) III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda "Şkendiya" ilə üz-üzə gələcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.