EN

"Araz-Naxçıvan"ın "Omoniya" ilə oyunlarının hakimləri müəyyənləşdi

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"ın "Omoniya" (Kipr) ilə keçiriləcək oyunlarının hakimləri açıqlanıb. 

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 7-də Bakıda keçiriləcək ilk görüşü çexiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Ondrey Berka olacaq. Ona yan xətdə Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Avqustun 14-də Kiprdə keçiriləcək oyun isə Danimarkadan olan hakimlərə tapşırılıb.  Görüşün baş hakimi Yakob Kehlet, onun köməkçiləri iss Lars Hummelgaard və Martin Markus olacaq. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Krogh əyləşəcək.

Chosen
24
2
teleqraf.com

3Sources