Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"ın "Omoniya" (Kipr) ilə keçiriləcək oyunlarının hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, avqustun 7-də Bakıda keçiriləcək ilk görüşü çexiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Ondrey Berka olacaq. Ona yan xətdə Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək. VAR hakimi Tomas Koçurek, VAR hakiminin köməkçisi isə Miroslav Zelinka əyləşəcək.
Avqustun 14-də Cənubi Kiprdə keçiriləcək oyun isə Danimarkadan olan hakimlərə tapşırılıb.Görüşün baş hakimi Yakob Kehlet, onun köməkçiləri iss Lars Hummelgaard və Martin Markus olacaq. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR hakimi Sandi Putros, VAR hakiminin köməkçisi isə Morten Krogh əyləşəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta