EN

Avropanın Fələstini tanıması israil siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Avropa dövlətlərinin Fələstin dövlətini tanımaq qərarı İsrail siyasətində dönüş nöqtəsi sayılır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu addım regional siyasətdə ciddi qırılmanı göstərir və Qəzzadakı soyqırımla bağlıdır.

Bildirilib ki, Fransanın və Böyük Britaniyanın tanıma qərarları İsrailə təzyiq məqsədi daşıyır.

Beynəlxalq hüquq üzrə ekspertlər vurğulayırlar ki, Fələstin dövlətinin tanınması ölkələrin İsrailə qarşı sanksiyalar tətbiq etməsini zəruri edir. İngiltərənin şərti tanıma siyasəti isə tənqid olunur və bunun yetərsiz olduğu qeyd edilir.

Ekspertlər həmçinin İsrail baş naziri Netanyahunun dayandırılması üçün beynəlxalq səviyyədə daha ciddi addımların atılmasının vacibliyini vurğulayırlar.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
bakivaxti.az

1Sources