EN

“Sabah” və “Araz”ın 3-cü raunddakı oyunlarının vaxtı bilindi

“Sabah” və “Araz-Naxçıvan” klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Araz-Naxçıvan”ın Kiprin “Omoniya” komandası ilə Bakıdakı görüşü avqustun 7-də “Dalğa Arena”da keçiriləcək. Bu görüşə saat 20:00-da start veriləcək. Səfərdəki cavab matçı isə avqustun 14-də baş tutacaq. Həmin oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

“Sabah”ın Bolqarıstanda “Levski” (Sofiya) klubu ilə ilk oyunu avqustun 7-də keçiriləcək. Bu matça saat 22:00-da start verilməlidir. Avqustun 14-dəki cavab görüşü isə saat 20:00-da başlayacaq.

Chosen
64
10
arena.az

10Sources