AZ

“Araz-Naxçıvan”ın oyunlarının saatı açıqlandı

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Araz-Naxçıvan”ın Kiprin “Omoniya” komandası ilə Bakıdakı görüşü avqustun 7-də, saat 20:00-da start götürəcək. Səfərdəki cavab matçı avqustun 14-də, saat 21:00-da başlayacaq.

“Sabah”ın Bolqarıstanda “Levski” (Sofiya) kollektivi ilə ilk oyunu avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da, avqustun 14-dəki cavab görüşü isə saat 20:00-da start götürəcək.

Seçilən
49
10
tribunainfo.az

10Mənbələr