EN

Media Reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

***

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib.

Mia.az xəbər verir ki, “Media haqqında” qanuna dəyişikliklə sənədin informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib.

Chosen
34
2
mia.az

3Sources