BAKI, TurkicWorld , Fərid Mikayılov
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün qeyri-rəsmi görüş keçirəcəklər.
TurkicWorld xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Belarus lideri Rusiya Federasiyasına şəxsi səfərlə gələcək.
Görüş çərçivəsində iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlər, o cümlədən ticari-iqtisadi əlaqələr, birgə ittifaq layihələrinin icrası və beynəlxalq məsələlər müzakirə olunacaq.
“Prezidentlər arasında qeyri-rəsmi formatda geniş fikir mübadiləsi aparılacaq. Əsas diqqət ikitərəfli əməkdaşlıq, ittifaq münasibətləri və beynəlxalq gündəmin aktual mövzularına yönələcək” – deyə Peskov qeyd edib.