EN

Lavrov: ATƏT-in Minsk Qrupu Qarabağda uğursuzluğa düçar oldu

ATƏT-in Minsk Qrupu Qarabağda uğursuzluğa düçar olub.

Operativ Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində qeyd edib.

“Minsk Qrupu heç vaxt münaqişə tərəfləri arasında dialoq üçün şərait yarada bilmədi və onun Qərb iştirakçıları Rusiya ilə əməkdaşlıqdan çıxdıqdan sonra bu format tamamilə mənasını itirdi”, –  deyə Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsinin həllinə dair mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Xüsusi hərbi əməliyyat başlayandan sonra Paris və Vaşinqton Moskva ilə bu formatda əməkdaşlığı dayandırıblar.

Chosen
20
1
operativmedia.az

3Sources