EN

“Crocus City Hall”da terror aktını törədənlərdən birinin qardaşı axtarışa verildi

Rusiyanın Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktının icraçılarından biri, İvanovoda bərbərxanada işləyən Muhammadsobir Fayzovun qardaşı barəsində axtarış elan edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “RIA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, fiqurantın qohumu hazırda Türkiyədə yaşayır.

Qeyd edək ki, bundan əvvəl vəkil İqor Trunov Türkiyənin “Crocus City Hall”da terror aktı ilə bağlı cinayət işi üzrə fiqurantları Rusiyaya ekstradisiya edə biləcəyini demişdi. O, həmçinin bildirib ki, terrorçulardan biri Fayzovun qardaşıdır. Onun sözlərinə görə, istintaq onun “İslam Dövləti”nin üzvü olduğu qənaətindədir.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

Chosen
36
1
editor.az

3Sources