AZ

"Crocus City Hall"da terror aktını törədənlərdən birinin qardaşı axtarışa verildi

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktının icraçılarından biri, İvanovoda bərbərxanada işləyən Muhammadsobir Fayzovun qardaşı barəsində axtarış elan edilib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, fiqurantın qohumu hazırda Türkiyədə yaşayır.

Qeyd edək ki, bundan əvvəl vəkil İqor Trunov Türkiyənin "Crocus City Hall"da terror aktı ilə bağlı cinayət işi üzrə fiqurantları Rusiyaya ekstradisiya edə biləcəyini demişdi. O, həmçinin bildirib ki, terrorçulardan biri Fayzovun qardaşıdır. Onun sözlərinə görə, istintaq onun "İslam Dövləti"nin üzvü olduğu qənaətindədir.

Seçilən
24
1
demokrat.az

3Mənbələr