EN

Ballıca sakinlərinə keçirilən təlimlərə yekun vuruldu - Fotolar

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydalarına uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Xocalı rayonu Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması və innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirilən təlimlərə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, təlimlərdə iştirak edən fermerlərə aşağıdakı modullar üzrə praktiki və nəzəri biliklər ötürülüb:

- Bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri;

- Kənd təsərrüfatı texnikalarından səmərəli istifadə;

- Müasir suvarma sistemləri;

- Səmərəli təsərrüfatların təşkili;

- Fermerlər üçün dövlət dəstək mexanizmləri;

- Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi;

- İqlim dəyişkənliyinin təsərrüfata təsirləri;

- İşğaldan azad olunmuş ərazilərdə davranış qaydaları.

Təlimlərin sonunda yekun qiymətləndirmə aparılıb. Qiymətləndirməni uğurla tamamlayıb bütün modullar üzrə müvəffəqiyyət göstəricisi əldə edən kənd sakinlərinə sertifikatlar təqdim ediləcək.

Növbəti təlimlər və proqramlar haqqında məlumat almaq üçün Aqrar Xidmətlər Agentliyinin rəsmi sosial şəbəkə səhifələrini yaxından izləməyi tövsiyə edirik.






Chosen
77
3
qafqazinfo.az

5Sources