AZ

Ballıca kənd sakinləri üçün keçirilən təlimlərə yekun vuruldu

BAKI, 1 avqust. TELEQRAF

Xocalı rayonunun Ballıca kəndi sakinləri üçün təşkil edilən kənd təsərrüfatı təlimləri başa çatıb.

Aqrar Xidmətlər Agentliyindən Teleqraf-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlarının güzəştli icarəsi qaydalarına uyğun olaraq, Xocalı rayonunun Ballıca kənd sakinlərinin bilik və bacarıqlarının artırılması məqsədilə Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən təlimlərə yekun vurulub.

Təlimlərdə iştirak edən fermerlərə bitkiçilikdən başlayaraq suvarma sistemləri, kənd təsərrüfatı texnikalarının istifadəsi, dövlət dəstəyi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişiklikləri və işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları üzrə praktiki və nəzəri biliklər verilib.

Təlimlərin sonunda yekun qiymətləndirmə aparılıb. Qiymətləndirməni uğurla tamamlayıb bütün modullar üzrə müvəffəqiyyət göstəricisi əldə edən kənd sakinlərinə sertifikatlar təqdim ediləcək.

Növbəti təlimlər və proqramlar haqqında məlumat almaq üçün Aqrar Xidmətlər Agentliyinin rəsmi sosial şəbəkə səhifələrini yaxından izləməyi tövsiyə edirik

Seçilən
51
1
teleqraf.com

5Mənbələr