EN

Avqustun 2-də 40 dərəcəyə yaxın isti gözlənilir

Avqustun 2-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyini günün ikinci yarısında cənub-şərq küləyi əvəz edəcək.

Paytaxtda gecə 23-27, gündüz isə 35-39 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyə yaxın temperatur müşahidə olunacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.

Bölgələrdə də əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var.

Gecə və səhər saatlarında duman müşahidə edilə bilər. Havanın temperaturu rayonlarda gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda isə gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

DOĞRU.AZ

 

Chosen
82
1
dogru.az

10Sources