11:09 02.08.2025
11:09 02.08.2025
Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.
Bu barədə Mynews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.