“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya qarşı ilk oyuna 3 itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin futbolçularından İqor Ribeyro, Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala həmin görüşü buraxacaqlar.
İqor Ribeyro dünən II mərhələnin “Aris”lə cavab matçında qırmızı vərəqə ilə cəzalandırılıb. Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala isə “Aris”lə hər iki görüşdə sarı vərəqə alaraq limiti aşdıqları üçün Kipr klubuna qarşı oynaya bilməyəcəklər.
Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü avqustun 14-ü Kiprdə keçiriləcək.